AzeriUmma
1 yaşlı uşağın iflicdən müalicəsi

1 yaşlı uşağın iflicdən müalicəsi

2013-ci ildə Hüseyn sarılıqla anadan olub. Elə xəstəxanada ikən, anasının tapşırıqlarına baxmayaraq, həkimlər uşağa peyvənd vurublar. Nəticədə qanı parçalanıb, uşaq iflic olub.

Sabunçu qəsəbəsində yaşayan, meyvə satmaqla dolanan Şakir qardaşı bir çoxlarımız tanıyırıq. Alhamdulillah qardaşın 3 övladı var, onların ən kiçiyi Hüseyndir (ŞahHüseyn).

2013-ci ildə Hüseyn sarılıqla anadan olub. Elə xəstəxanada ikən, anasının tapşırıqlarına baxmayaraq, həkimlər uşağa peyvənd vurublar. Nəticədə, ən düzünü əlbəttə ki Allah bilir, qanı parçalanıb, uşaq iflic olub. Uşağın hal-hazırda həkimi qardaşımız Fizuli həkimdir (uşaq nevropotoloqu).

Müalicə üçün Ukraynaya müraciət olunmuşdu və orada bir seans 4-5 min dollara başa gəlir.

Allaha həmd olsun, bu ay bilinib ki, Gürcüstana məhz bu işin peşəkarları olan bir qrup həkim gəlir. Bu cür xəstələri çoxlu hərəkətlərlə, xüsusi dərmanlarla və s. sağaldırlar.

Müalicənin 1 seansı 750 azn-ə başa gəlir.

Lakin yol pulu və s əlavə xərcləri nəzərə alsaq təxminən 1000 manat pula ehtiyac var. Bu seanslar bir aydan bir tekrar olmalıdır.

Cəmi 5-6 seans olacaq inşaAllah.

Qeyd edək ki, qardaş çox kasıbdır, neft buruqlarının arasında yaşayır, neçə ildir qazandığı qəpik quruşu da dermanlara xərcləyir.

Atası Şakirin əlaqə nömrəsi: 055 915 32 31

Şakir qardaş Azərbaycan vətəndaşı olmadığından yoldaşının adına hesab açılıb.

Sənədlər
10.10.2014
1ci və 2ci kurs müalicə üçün məbləğ toplanıb. Hal-hazırda 3cü kurs üçün yığımlar gedir.
22.10.2014
Oktyabrın 20-si 1-ci kurs müalicəyə başladılar. Allah şəfa versın.
Tiflisədə reabilitasiya mərkəzind​ə​ 1seans qəbul edibl​ə​r 11 günlük seans v​ə qalmaqla birgə 1200azn xərcləndi. Sonra Bakıya döndülər. Bakıda Oriqami klinikasında 520​ ​az​n​lik kurs keçiblər. Bu kursa su masaji​,​ tok v​ə​ s. daxildir. Sonra N​ə​rimanov rayon əlillərin bərpa mərkəzinə 200​ ​azn xərc çəkməklə tok fizioterapiya fizkultura masaj götürüblər. ​Uşaq nevroloji xəstəxanaya 100​ ​azn​ə​ 10 günlük seans yen​ə​ tok fizioterapiya v​ə​ s. ke​ç​ib. ​Həmçinin​ 20yanvarda özəl klinikada parafin masaj keçirilib Eva xanim tərəfindən 10 günə 250​ ​azn çıxıb. Dərmanlar​a​ cəmi 100​ ​azn çıxıbdır. Bütün göstərilən xərclər​ə​ nəqliyyat xərcləri də daxildi​r​. ƏlhəmduliLLəh Hüseyndə dəyişikliklər, çox böyük fərq hiss olunur – uşaq artiq yerində fırlana bilib bir dəfə. Allah bütün yardım edənlərdən razı olsun.
13.03.2015
Martın 13-ü növbəti kurs müalicə üçün Gürcüstana yola düşdülər. Allah şəfa versın.
20.04.2015
Sonuncu d​əfə ​Hüseyn martda G​ürcüstana​ getmi​ş​di, Allaha h​ə​md olsun m​ü​alic​ə​l​ə​ri yar​ı​m​ç​ıq qal​ı​b, y​əni ​7 g​ü​n​ü​n 4 g​ü​n​ü​ u​ş​aq soyuqlamadan q​ı​zd​ı​rma olub, qay​ı​tmal​ı​ olublar geriy​ə​. Ti​flis​dəki həkim deyib ki​,​ bu u​ş​aq d​ü​z​ə​l​ə​c​ə​k​ ancaq​ m​ü​alic​ə​sini Ukra​ynada etsə daha effektiv olar.​ ​Ukraynada ​bir seans 4900​ evrodur. ​Şakir qardaş ​ç​ox ist​ə​yir ki​,​ ​ö​​​​vlad​ı​n​ı​ Ukra​y​naya apars​ı​n. Allah ​şəfa versin!​

AzeriUmma

“Azeriumma” - ehtiyaclı müsəlman ailələrin əməliyyat, müalicə, paltar, yemək və digər gündəlik tələbatını ödəyə bilməyənlərə lazımı vəsaitlərin çatdırılmasını effektiv və qısamüddətli etmək üçün təşkil olunmuşdur.

Telegram