AzeriUmma
Autizm xəstəsi olan Nəzrin balanın müalicəsi

Autizm xəstəsi olan Nəzrin balanın müalicəsi

22.05.2004-ci il tavallüdlü Zəkiyevə Nəzrin Autizm xəstəliyindən əziyyət çəkir.

22.05.2004-ci il tavallüdlü Zəkiyevə Nəzrin Autizm xəstəliyindən əziyyət çəkir. Əqli və nitqi inkişafı geri qalmış, davranışı pozulmuşdur.

Bu xəstəlik təqribi 2 yaşında, peyvənddən sonra əmələ gəldi. İndi Nəzrinin 7 yaşı var.

Bu vaxta qədər, yanlış müalicə, yanlış diaqnoz qoyulmuşdu. 4 yaşında valideynləri borca girib 1-2 dəfə Türkiyəyə aparmışdılar, lakin 1 aydan artıq qalmaq imkanı olmadığı üçün geri dönmək məcburiyyətində qaldılar. Nəticədə onda göz kontaktı yarandı. Hal-hazırda Bakıdakı Defektolojı və Psixolojı “Autizm” mərkəzindən psixoloq gəlir, lakin ailənin gündəlik müalicəsi üçün maddi gücü çatmadığından inkişafı yavaş gedir. Allaha həmd olsun, bəzi hərifləri öyrədə biliblər. Psixoloqun gündəlik müalicəsi 10 Azn təşkil edir. Ailənin maddi vəziyyəti: Atası işləyir, aya 200-250 Azn maaş alır+50 Nazrinin pensiyası. Nəzrin pampers geyindiyindən, çatdırmaq olmur. Həmçinin köhnə borclarını da hələ ödəyirlər.

Nəzrin böyüdükcə aqressivləşir, müalicə səbəbi ilə özünü idarə etməyi öyrənər inşaAllah. Allah ona şəfa versin. Amin.

Anası Aytən bacının əlaqə nömrəsi: 012 569 00 18
Yardım etmək istəyənlər bizim nümayəndələrimiz vasitəsilə də çatdıra bilərlər inşaAllah.

Məlumat

Üç aylıq müalicə üçün vəsait olduğu üçün müvəqqəti elan bağlanır.
Mədinə tibb klinikasında auztizm xəstəsi olan uşaqlar üçün HƏFTƏLİK 12 VƏ YA 24 SAATLIQ BƏRBA PROQRAMLARI
Nəzrin hal-hazırda gün aşırı, 250 Azn qiyməti olan proqramla başlayıb. Effektli olması üçün davamlı getməlidir, inşaAllah.
— Hər bir uşaqla fərdi psixoloq dərsləri
— Hər bir uşaqla fərdi loqoped dərsləri
— Autizm uşaqları üçün xüsusi bərpa növü (ABA-terapevt)
— Qrup şəklində pedaqoqlarla sinif məşğələləri (hər uşaqla bir pedaqoq məşğul olmaqla)
— Həftədə üç dəfə müalicəvi idman məşqləri
— Həftədə bir dəfə hovuz saatı (üzgüçülük və su proseduraları)

Kimin gücü nəyə çatırsa müalicəsinə köməklik etsinlər, Allahın izni ilə.

19.11.12 tarixinə xoş xəbərlə bölüşmək istərdik. Allaha həmıd olsun, Nəzrin artıq ayaq yoluna sərbəst şəkildə getməyə başlayıb. Allah malınıza bərəkət versin. Amin
Mart, Aprel, May, İyun aylarının müalicəsinə yardım olundu. Allah xeyirlə mükafatlandırsın. Amin
İyul, Avqust müalicəsinə yardım yığıldı. Allah malınıza bərəkət versin. Amin.
Nəzrin artıq nöqtələrlə hərfləri yazmağı öyrənib. Allah ona şəfa versin, saleh qullarından etsin. Amin.
20.02.14 tarıxıne 250 Azn toplanıb.

Ödəniş qəbzləri

2012 il Avqust - 2014 il Dekabr ayları üçün ödəniş qəbzləri

AzeriUmma

“Azeriumma” - ehtiyaclı müsəlman ailələrin əməliyyat, müalicə, paltar, yemək və digər gündəlik tələbatını ödəyə bilməyənlərə lazımı vəsaitlərin çatdırılmasını effektiv və qısamüddətli etmək üçün təşkil olunmuşdur.

Telegram