AzeriUmma

Bəs sən, sədəqə verirsənmi?

Sədəqə, dinimizin əmrlərinin həyata keçirilməsinin kifayət qədər geniş bir sahəsidir!

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Mənim həmsöhbətim yalnız rəqəmlərin dilini qəbul edir. Ona sual versən, ilk olaraq riyazi hesablamalar eşidəcəksən…

Yola düşməzdən əvvəlki gecə soyuq və son dərəcə sakit idi. Sanki bütün dünya yorulmuş və susmuşdu. Qəfildən həmsöhbətim mənə belə bir sual verdi:

– İcazə ver, səndən illik gəlirindən nə qədər sədəqə verdiyini soruşum.

Uzun sürən sükütdan sonra qəribə səslənən bu sual məni heyrətə saldı. Cavab verməzdən əvvəl mən soruşdum:

– Sən sədəqənin məbləğini gizlətməyin, büruzə verməkdən daha üstün olduğunu bildiyin halda bunu məndən nə üçün soruşursan? Necə ki, Peyğəmbər (sallallahu aleyhi va səlləm) buyurur: “Yeddi sinif insan vardır ki, Allahu Təala onları Öz kölgəsindən başqa bir kölgə olmadığı gündə Öz kölgəsi altına alacaqdır…” Həmin o yeddi sinifdən biri də, sədəqəni gizli verərkən sağ əlinin verdiyindən sol əlinin belə xəbəri olmayandır. (Hədisi Buxari və Muslim rəvayət etmişdir).

Lakin həmsöhbətim israr etdi və mən ozümü itirdim. Mən bu suala necə cavab verə bilərdim? Həqiqətən, mən ildə neçə dəfə sədəqə verirəm? Bu sualın həllini ancaq ilin axırında tapmaq olardı. O mənim caşıb qaldığımı hiss etdi.

– Gəl mən sualı başqa cür ifadə edim ki, sənə daha aydın olsun. Ayın əvvəlindən artıq 2 həftəyə yaxın vaxt keçib. Sən bu müddət ərzində xeyirxah işlər üçün nə qədər pul xərcləmisən?

Mən ona dərhal və fikirləşmədən cavab verdim:

– Heç nə qədər.

Həmsöhbətim sanki bu cavabı gözləyirmiş kimi razılıqla başını yellədi və yenə rəqəmlərin dili ilə danışdı. Dərhal hesablama aparıb dedi:

– Sən heç gündə bir xurma da sədəqə vermirsən! Sən ehtiyaclı insan görəndə ona sədəqə vermirsən. Elə deyilmi?
Mən razılıqla başımı yellədim.

– Sən onları tapmağa cəhd eləmisən? Yəni təkcə kasıbları və yoxsulları yox, həm də qohumlarını və qonşularını.

– Xeyr, mən nə qonşular, nə də qohumlar arasında heç kimi axtarmamışam.

– Deyək ki, sən gün ərzində bir riyal (Səudiyyə Ərəbistanının pul vahidi) sədəqə verirsən. Deməli il ərzində 365 riyal yığılacaq. Təbii ki, bu böyük məbləğ deyil.

O intizarla mənə baxdı, mən isə razılaşaraq belə dedim:
– Bəli, bu belədir.

– Sədəqə, dinimizin əmrlərinin həyata keçirilməsinin kifayət qədər geniş bir sahəsidir. O həm kasıbları maddi yardımla, paltarı olmayanları geyimlə, acları isə yeməklə təmin etməyi, savadsızları oxutmağı və ehtiyacı olanları xilas etməyi özündə cəm edir. Allah sənə pul və 3000 riyaldan çox gəlir verib.

Bəs sən İslama və müsəlmanlara nə ilə kömək etmisən?
Bəlkə sən din qardaşların üçün kitab almısan?
Və ya heç olmasa məscidin tikilməsində az da olsa iştirak etmisən?
Neçə kasıba kömək etmisən?

Xeyirxah əməllər hədsiz və eyni zamanda müxtəlifdir, amma gördüyün kimi biz özümüzü xeyirxah əməllər görməkdən və deməli onların əvəzinə alacağımız mükafatdan (savablardan) məhrum etmişik!!! Məsələn, bəlkə hər ay xeyirxah işlərə sərf edə biləcəyin müəyyən bir məbləğ ayırasan?

Özü də həyatda çox şeydən tamamilə ağrısız və itkisiz şəkildə imtina etmək və ayrılmaq olar, məsələn sağlamlıq naminə. İndi isə gəl hesablayaq. Əgər sən hər gün sadəcə bir stəkan yoqurtdan imtina etsəydin, məzlum bir müsəlman ailəsini yedirtməyə kifayət edəcək, 1 riyala qənaət etmiş olardın. Amma əgər sən hər il almağa adət etdiyin artıq paltarda qənaət etsəydin, bu demək olar ki, 150 riyal təşkil edərdi.

Bu məbləğ isə, dini kitablar alıb, onları məktəblərdə paylamaq üçün kifayət edərdi. Sənin zövcən… Əgər o, Allah yanında olan mükafatı almağa çalışsaydı, bir donunun dəyərində olan məbləği sədəqə verərdi, axı bu bir ilə 150 riyal təşkil edir… Bəli, bu, müsəlmanlara qarşı amansız ideoloji müharibə olan ölkələrdə 20 dəqiqəlik radio proqramın yayımı üçün kifayət edərdi… Gör sənin zövcən necə gözəl iş gördü?!Allah ona qorxu günlərində sakitlik donunu geyindirsin! Və Allah üçün nələri tərk edibsə, Allah qiyamət günü onları onun üçün Cəhənnəmdən xilas olmaq üçün bir vasitə etsin!

Ey qardaşım, misal üçün gəl sənin dəbdəbəli əşyalarla bəzədilmiş evini götürək. Hər hansısa bir əşyadan imtina et — və sən 500 riyala yaxın bir məbləğə qənaət etmiş olarsan. Bu pula, bir il ərzində üç tələbənin Quran dərslərinin vəsaitini öz üzərinə götürə bilərsən. Allahu Əkbər! Görürsən? Allah xeyirxah yolla getmə imkanını əlindən almadan sənə nemətlər verib. O sənin sədəqə verdiyini də çoxaldacaq və artıracaq. Sənin köməyin sayəsində Quran oyrənmiş müsəlman balanın ürəyinin dərinliklərindən sənə olan bir səmimi dua səmaya yüksələcək.

Niyə oğlun xeyriyyə işlərində iştirak etmir? Əgər sən ona öyrətsən ki, bir oyuncağını belə verməklə o İslamın dəstəklənməsinə kömək edər, onun üzündəki sevinci görmək sənə çox xoş olar, çünki o — İslamın oğludur. Onun 35 riyalını sən tövhid şüarını uca tutan, bidətlərə qarşı mübarizə aparan və bütpərəstliyin təzahürü olan ibadət şəkillərini və ya ayinləri ifşa edən İslam jurnalının inkişafına xərcləyə bilərsən. Bu pullar 1 ilə kifayət edər. Sənin kiçik dəstəyin jurnalı fəaliyyətdə saxlayar, sən və ətrafındakılar isə onun sayəsində faydalı biliklər əldə ədərsiniz. Allah sənin oğlunu Əlleinə (Cənnətin yüksək mərtəbəsi) qaldırsın!

Və həmkarım mənimlə birlikdə Allah qorxusunun və möminliyin belə yüksəkliklərinə qalxan zaman, şövqlə dedi:
– Görürsən, bu sənin nə mənzilinə, nə yeməyinə, nə də geyiminə təsir etmir?!

Və məni lap ürəyimdən yaralayaraq əlavə eltdi:
– Allaha and olsun ki, mən bir parça çörək axtarışında olan çoxlarını görmüşəm! Amma sənin gündəlik nahar yeməyindən qalan artıqlar kasıb bir ailənin bir həftəsinə bəs edərdi. «Sənin dərdindən gözlər ağlayır, ey mənim ümmətim! Sənin üçün nə vaxta qədər göz yaşı tökəcəm, ümmətim mənim?!

Biz bir qədər susduq. Mən, gözlərimə dolmuş həya göz yaşlarımı saxlamağa çalışırdım. Həmsöhbətim mütəəssir səslə dedi:
-Neçə kasıbı yedirdəcəksən, neçə ehtiyaclıya kömək edəcəksən, neçə dəfə xeyirxahlıq qapılarını döyəcəksən və buna görə nə qədər savab qazanacaqsan?! Əgər sən diqqətlə baxsan, görərsən ki, bu buz dağının hələ sadəcə görünən hissəsidir. Əgər səyahətə çıxan imkanlı bir müsəlman seyahətindən imtina edərək onun dəyərindəki məbləği, sədəqə versə, o bütöv bir, hətta bəlkə də iki müsəlman qəsəbəsini yeməklə və geyimlə təmin edə bilər. Və həmsöhbətim qəzəblə əlini yellədi:
— Təsəvvür elə ki, hələ neçə belə misallar saymaq olar.

Və o məni rəqəmlərin dili ilə təkbətək qoydu. Mənim qulaqlarımda müsəlman uşaqların iniltisi eşidilirdi: “Haradasız ey müsəlmanlar?» «Nə üçün bizi unutmusunuz?» Təxəyyülüm kimə və necə kömək edə biləcəyimi mənə aydın şəkildə təsvir edirdi: xəstələrə, aclara, yetimlərə… Mən bu günə qədər onların yalvarışlarına necə biganə qala bilərdim? Mən rəqəmlərin dilində belə aydın və inandırıcı şəkildə danışan bu xeyirxah müsəlmanla qarşılaşdığım bu günə qədər necə də kor və kar olmuşam?!

Abd əl-Məlik əl-Qasımin “əz-Zəmənul Qadim” kitabından.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Mənbə: feqih.com

AzeriUmma

“Azeriumma” - ehtiyaclı müsəlman ailələrin əməliyyat, müalicə, paltar, yemək və digər gündəlik tələbatını ödəyə bilməyənlərə lazımı vəsaitlərin çatdırılmasını effektiv və qısamüddətli etmək üçün təşkil olunmuşdur.

Telegram