AzeriUmma

Bir ailənin sizin maddi köməyinizə ehtiyacı var

Hörmətli qardaş və bacılar. Bir ailənin sizin maddi köməyinizə ehtiyacı var. Bacı hamilədir və Allahın iznilə son tarix təxminən sentyabr ayının axırlarına düşür. Təsüf ki, bacı ARTRİT xəstəsidir və problemli xəstə sayılır.

Buna görə əksər klinikalarda onu qəbul etməmişdilər və abort məsləhət görürdülər. Ancaq bir klinika razılaşdı, bu da Respublika Müalicəvi Diaqnostika Mərkəzidir, o da bir şərtlə – revmatoloq icazəsini verməlidir.

Baxışdan sonra revmatoloq icazəsini verdi, ancaq o şərtnən ki, bütün rejimlər və dərmanlar qəbul olunacaq. Xəstəliyə görə bacı mütəmadi olaraq bahalı analız verir, baxışlardan keçir və dərman qəbul edir, bu isə ailənin büdcəsinə təsir edir. Bir sözlə desək hal-hazırda doğuşu bu klinikada ödəmək üçün müəyyən məbləğ lazımdır.

Ailə başçısının maaşı tamamilə analiz, dərman və başqa yerlərə xərclənir.

Fizioloji doğuş bu klinikada təxminən 1200 manatadır.
Qeysəriyyə əməliyyatına ehtiyac olsa – 1400 azn.

Əlaqə üçün:
055 760 03 17 Emil 

Allah xeyirlə mükafatlandırsın. Amin!

AzeriUmma

“Azeriumma” - ehtiyaclı müsəlman ailələrin əməliyyat, müalicə, paltar, yemək və digər gündəlik tələbatını ödəyə bilməyənlərə lazımı vəsaitlərin çatdırılmasını effektiv və qısamüddətli etmək üçün təşkil olunmuşdur.

Telegram