AzeriUmma
Dörduşaqlı ananın həyatı təhlükədədir

Aynurə bacının müalicəsi davam edilməlidir

24.04.2024
Aynurə bacı növbəti müalicə kursu üçün yaxın 2 ay ərzində gündə iki dəfə bahalı dərmanlar alıb vurdurmalıdır.
Bunun üçün 3200 manat çatmır.
Əlavə olaraq, hər ay 1100 manat dəyərində dərmanlar alıb qəbul etməlidir.
Maddi imkanı olmadığından yanvar ayından indiyədək həmin dərmanları ala bilmədiyinə görə durumu ağırlaşıb.

29.03.2024

Aynurə bacı növbəti müalicə kursu üçün yaxın 2 ay ərzində gündə iki dəfə bahalı dərmanlar alıb vurdurmalıdır.
Bunun üçün 6000 manata ehtiyacı var.
Əlavə olaraq, hər ay 1100 manat dəyərində dərmanlar alıb qəbul etməlidir.
Maddi imkanı olmadığından yanvar ayından indiyədək həmin dərmanları ala bilmədiyinə görə durumu ağırlaşıb.

Əlaqə tel.: 0704040622

👉 MilliOn vasitəsilə ödəniş

  1. Bank əməliyyatları.
  2. Bank of Baku-nu seçirsiz
  3. Karta köçürülməsi
  4. Müştəri kodu A65754
  5. Doğum tarixi: 08.06.1982

    Kartdan karta (Card to card): 
    Kart nömrəsi: 5315 9921 4582 0418

AYNURA MUSAYEVA

Allah xeyirlə mükafatlandırsın. Amin!

12.12.2023

Aynurə bacının müalicəsi lazım olan məbləğin yığılmaması səbəbdən gecikir.
Hal-hazırda, onkoloji prosesin inkişafının qarşısını almaq üçün təcili 2100 manata ehtiyac var.
Qeyd edək ki, bacının keçən müalicələrdən borcu da qalıb.

06.07.2023
Aynurə bacı keçən müalicə kursunu tamamlaya bilməmişdi, məbləğ tam yığılmadığından bahalı iynələri alıb vurdura bilməmişdi. Bu səbəbdən səhhətində yenə geriləmə var, qulağından qan gəlməyə başlayıb, dayanmadan viruslara yoluxur (immuniteti zəif olduğu üçün), bu da vəziyyətini daha böyük təhlükəyə salır. Bildiyiniz kimi təyyarə ilə hələ də uçmaq olmaz ona, quru sərhəddən isə yalnız yanvar ayında keçməyə icazə veriləcək. Keçən il onkoloji problemlərinə görə dərmanlara götürdüyü borcu ödəyə bilmək üçün xəstə canı ilə işləməyə başladı, vəziyyəti daha da ağırlaşdı. Yanvar ayında 2 ay ard-arda iynə vurdurması üçün 5000 manata ehtiyac var, həmçinin, növbəti kurs müalicəyə qədər dərmanları da qəbul etməlidir, dərmanları almaq üçün isə 3000 manata ehtiyac var. Onkoloji dərmanların alınması üçün də təxminən 4000 manata ehtiyac var.

06.07.2023
İndiyə qədər cəmi 1500 azn yığılıb. Aynurə bacı təcili Gürcüstana getdi. Bacının dərmanları bitib, şiddətli baş ağrıları çoxalıb, ağrıkəsici tam təsir etmir, başgicəllənmə və huşunu itirmə artıb. Təcili olaraq müalicəsini mütləq davam etdirməlidir. 6500 manata ehtiyacı var.
17.05.2023
Aynurə bacının iyul və avqust aylarında müalicəsi üçün
8000 manata ehtiyacı var.
22.03.2023
Allahın köməyi ilə iyul ayına qədər müalicə üçün lazım olan məbləğ yığıldı.
02.02.2023
Bildiyiniz kimi, Aynurə bacı dəfələrlə əməliyyat olunub, həmçinin xərçəng xəstəsidir. O üzdən qulağında olan daxili çürümənin qarşısını almaq məqsədilə qoyulan implantın yerini tutması üçün mütəmadi müalicəyə ehtiyacı var. İyul ayına qədər dayanmadan bahalı dərmanlar qəbul etməlidir. Təxmini 6000 manata ehtiyac var ki, dərmanları alıb evinə dönə bilsin və bu 6 aylıq kurs müalicəsini övladlarının yanında davam etsin.
03.11.2022
Aynurə bacının müalicəsi üçün götürülən $2200 borc təcili qaytarılmalıdır. Həmçinin, çürüməni saxlamaq üçün yenidən bahalı iynələr vurulmalıdır və bunun üçün 3500 manata ehtiyac var.
15.08.2022
Aynurə bacıya əməliyyatdan sonra 1 il ərzində təyyarə ilə uçmaq qadağan olduğu üçün 2-ci kurs müalicəyə də Gürcüstanda qalacaq.

Ikinci kurs müalicə və müəyyən ehtiyaclar üçün 6000 manata hələ də ehtiyac var.

20.09.2022
Çoxlu əməliyyat keçirtdiyinə görə Aynurə bacıda sümük xərçəngi (sarkoma) əmələ gəldi. Allahın qədəri ilə xəstəliyi inkişaf edib, o da implantın birləşməyinə mane olur, yenə çürümə gedir. Qarşısını almaq üçün Aynurə bacı təcili müalicə almalıdır. Bunun üçün 8100 manata ehtiyacı var.
29.06.2022
Aynurə bacımız əməliyyat olundu, həmd olsun Allaha. Amma yaxın bir neçə il ərzində davamlı müalicə kursu keçməlidir. Bacının bədəni implantı qəbul etsin deyə bahalı iynələr vurdurmalıdır, dərmanlar qəbul etməlidir. Bu ilin sonunadək müalicə üçün 9000 manata ehtiyac var.
İynələr əməliyyatdan dərhal sonra, fasiləsiz, gündə iki dəfə vurulmalıdır. Əks halda implant bitişməyə bilər və yenidən çirk yığıla bilər.
05.06.2022
Aynurə bacımızın halı yenə pisləşib. Son bir ay ərzində şiddətli baş ağrılarından əziyyət çəkir. Hər iki qulağı irinləyir. Sağlam qulağında cəmi 20% eşitmə qabiliyyəti qalıb. Qulağındakı implant yerindən tərpənib, getdikcə aralanır. Müayinə, müalicə və implantı yerinə bərkitmək üçün ilkin mərhələdə 5000 manata ehtiyacı var.
06.08.2021
Lazım olan məbləğ yığıldı.
Bacının növbəti müalicəsi 5 aydan sonra olacaq.
Müvəqqəti olaraq elan bağlanır.
29.07.2021
Aynurə bacımız qulağın irinli iltihabına görə dəfələrlə əməliyyat keçirdib, 2 dəfə qoyulan plastik implantlar çürüyüb.

Metal implant qoyulandan sonra sümük xərçəngin yaranma ehtimalına görə həkimlər yenidən əməliyyat olunmasını qadağan etdilər.

Metal implantın bitişməsi üçün bahalı dərman və iynələr qəbul etməlidir.

Hal-hazırda, müalicə üçün 2500 manata ehtiyacı var.

Bacının kəskin ağrıları olur, həyatına da təhlükə var. Vəziyyət çox ciddidir.

23.02.2019
Aynurə bacının yumurtalığındakı 7 sm kista dözülməz ağrılar verir və hər an partlaya bilər. Həmçinin, uşaqlığında (matkada) çox saylı poliplər var və qanaxması olur. Uşaqlığı 6 mm aşağı düşdüyü üçün sıxıntılar var. Təcili bu problemlərə görə əməliyyat olunmalıdır. Əməliyyata və sonrakı iynə-dərmana təxmini 3500 manat lazımdır.
11.01.2019
Bacının uzun illərdi dərman qəbul etdiyindən, mədəsində ciddi problemlər yaranıb, belə ki, heç bir şey yeyə bilmir, dərhal qusur. Buna görə həkim dərmanların bir müddət kəsilməyini məsləhət gördü. Lakin, o dərmanlar qulağındakı çürümənin qarşısını almaq üçün idi və dərmanlar kəsildikdə fəsadın olmaması üçün fevral ayının 15-i yenidən 20 gün ərzində günə 3 dənə olmaqla iynə vurulmalıdır. O vaxtadək mədəsi düzələrsə dərmanlara yenidən başlanılacaq ve planlaşdırıldığı kimi iynələr may-iyun-iyul aylarında vurulacaq. Hal-hazırda fevral ayı üçün təxmini 3000 manata ehtiyac var.
Xatırladaq ki, may-iyun-iyul aylarında vurulacaq iynələrə isə təxmini 12500 manata ehtiyac var.
Yardım etmək istəyənlər aşağıda qeyd olunan məlumatdan yararlana bilər.
17.11.2018
Bacının müalicəsi hələ də davam edir. Sentyabrda Türkiyyədə uzman doktor və xaricdən gələn həkimin müayinəsindən keçib, durumunda nəhayət irəlləyiş var, Əlhəmdulilləh!

Lakin, müalicəni (iynə və dərmanları) həkim icazə verənə qədər azaltmaq yaxud saxlamaq olmaz. Hamısı çürümənin qarşısını almaq üçündür və çox bahalıdır. 2018-ci ilin dekabr ayında müalicəni davam etdirmək üçün Aynurə bacımız Gürcüstana gedəcək, in-şəə-Allah.

2019-cu ilin may, iyun və iyul aylarında Aynurəyə fasiləsiz hər gün 3 iynə vurulmalıdır. 3 ay ərzində 276 iynəyə təxminən 12500 manat lazımdır.

Bundan əlavə, 2019-cu ilin birinci yarısında dərmanlar üçün təxminən 3900 manata ehtiyac var. Toplam 2019-cu ildə müalicə üçün 16400 manata ehtiyac var. Növbəti müayinə 2019-cu ilin avqust ayının əvvəlində İstanbulda olmalıdır.

14.05.2018
Bacımızın müalicəsi üçün may ayın 19-na qədər iynə-dərman xərci ödənilib. Amma Mayın 19-dan iyulun 26-na qədər müalicə üçün $6000 lazımdır. Bacının durumu ağırdır, müalicəni davam etdirmək üçün çox təcili bu pula ehtiyac var.
31.03.2018
Aprel ayının müalicəsi üçün lazım olan məbləğ yığıldı.
10.03.2018
Aynur bacımızın müalicəsi davam edir. Aprel ayının sonuna qədər $2000 ehtiyac var.
28.07.2017

4 uşaqlı Aynurə bacımıza təcili kömək lazımdır. Qulağın irinli iltihabına görə dəfələrlə əməliyyat keçirdib, 2 dəfə qoyulan plastik implantlar çürüyüb. Bu ilin əvvəlində metal implant qoyuldu. Sümük xərçəngin yaranma ehtimalına görə həkimlər yenidən əməliyyat olunmasını qadağan edirlər. Metal implantın bitişməsi üçün bahalı dərman və iynələr qəbul etməlidir.

Hal-hazırda 1 aylıq müalicə üçün 3000 manata ehtiyac var.
Bacının kəskin ağrıları olur, həyatına da təhlükə var. Vəziyyət çox ciddidir.

Aynurə bacı 3 ayın kirayə haqqını ödəyə bilmir. Borclar üst-üstə yığılıb. Ev sahibi də öz haqqını tələb edir, əks halda evdən çıxardılacağını bildirir. Borcu ümümi 750 Azn təşkil edir.
Hal-hazırda bacının səhhətində problem yarandığından işləyə bilmir. Bu səbəbdən müvəqqəti aylıq 300 Azn yardım lazımdır. (kirayə haqqı 250 Azn+ komunal ödənişlərinə görə 50 Azn). Qeyd edək ki, böyük uşağının 14, kiçiyinin isə 8 yaşı var. Yardım etmək istəyənlər bizimlə əlaqə saxlasın.
Bir neçə il bundan öncə Aynurə bacı qulağından əməliyyat keçirib. Bir qulağı eşitmir. Digər qulağını isə həkimlərin savadsızlığı nəticəsində zədələnib. Zəkat verildi və bacı Gürcüstana müayinəyə getdi. Hal-hazırda orada qulağından şua götürür, ayın 29 isə əməliyyat olunmalıdır, inşəAllah. 200$ şuaya, 2400$ əməliyyata lazımdır. Cümə gümü artıq pulu göndərməliyik, inşəAllah. Məbləğ toplandı.
Epikriz
22.07.2014
Qeyd edək ki, bacı övladlarıyla sınandığı üçün vaxtında həkim müayinəsinə gedə bilməyib. Nəticədə orta qulağın irinli otiti davam edir və artıq fəsadlar ortaya çıxıb: irin qulaq sümüklərinin çox hissəsini əridib, şiddətli baş ağrıları, huşunu itirmə, halsızlıq və karlaşma müşahidə olunur.

Hal-hazırda bacı Gürcüstanda əməliyyat etdirdiyi həkimin nəzarəti altında gündə iki dəfə irini yuduzdurma prosedurundan keçir, həmçinin dərmanlarla müalicə alır. İyul ayının 24-ü şualanma proseduruna başlamalıdır.

Bu prosedurlardan sonra avqust ayının 10-u əməliyyat olunmalıdır. Və 1,5 ay həkimin nəzarəti altında qaldıqdan sonra plastikləşmə vacibdir, əks halda irinləmə davam edəcək və beyinə yayıla bilər.

Əməliyyat nəticəsində eşitmənin 60 faizini bərpa etmək mümkün olacaq, in şəə Allah. Əməliyyata bütün xərclər daxil olmaqla 5500 Azn gərəkir. 800 Azn “Ayda bir manat” aksiyasından yönəldi.

Həqiqətən, tələsməliyik yardımla, çünki 4 uşaq anası artıq əmək qabiliyyətini itirib, indi isə həyatı təhlükə altındadır.
Məbləğ toplandı. Allah xeyirlə əvəz etsin!

30.08.2014
Bir neçə müddətlik müalicə və şualanmadan sonra, aqvust ayının 9-u bacı təcili sürətdə əməliyyat olundu, çünki artıq qan yığılırdı, gözləmək həyatı üçün təhlükəli idi. Hal-hazırda bacı həkimlərin nəzarəti altında xəstəxanada müalicəsini davam edir, hər gün sarğılar dəyişilir. Sentyabın əvvəli in shaa Allah Bakıya dönməlidir və yarası sağalanadək ayda 2 dəfə tomoqrafiya elətdirib Gürcüstana müayinəyə getməlidir. Yarası tam sağalandan sonra, plastik əməliyyati həyata keçiriləcəkdir in şaa Allah (yoxsa çürümə davam edər, Allah qorusun). Bacı hamıya təşəkkürünü bildirir və çoxlu dua edir sizlər üçün. Allah hamınızdan razı olsun. Amin.
Epikriz və qəbzlər
19.11.2014
Oktyabr ayında Aynurə bacı tomoqrafiyadan keçib müayinəyə getmişdi.

Lakin orada sətəlcəm virusuna yoluxub , bir müddət xəstəxanada yatdı, müalicə aldı və sol qulağının eşitmə qabilliyyətini Allahın qədəri ilə itirdi. İndi sol qulağı cəmi 7% eşidir, sağ qulağı isə artıq neçə ildir ki eşitmir. Həkimlərin dediyinə görə, sol qulağın eşidib eşitməyəcəyi hələ tam bəlli deyil, sağ qulağın isə plastik əməliyyatdan sonra müəyyən qədər eşitmə şansı var in şəə Allah. Lakin soyuq fəsil olduğundan əməliyyatdan sonra xəstələnmə ehtimalı yüksək olduğu üçün plastik əməliyyatı isti aylara təxirə saldılar. Əməliyyat təxminən aprel ayından sonra olacaq in şəə Allah. O vaxtadək bacı hər ay tomoqrafiyadan keçib müayinəyə getməlidir.

Tomoqrafiyanı N.Tusi adına xəstəxanada elətdirir, xidmətin qiyməti 85 manat təşkil edir. Beləliklə, yol pulu ilə bərabər, hər ay təxmini 135 manat xərclənəcək. Əməliyyata qədər, toplanan məbləğdən (oktyabr ayında xərclənən məbləği də hesablasaq) 835-850 manat xərclənəcək.

Oktyabr ayında virusdan müalicə üçün xərclənən pulun qəbzlərini, həmçinin N.Tusi adına xəstəxanadan olan tomoqrafiyanın xülasə blankını aşağıda görə bilərsiniz (hər ay müayinəyə getdikdə, klinikada qəbz verilmədiyindən, tomoqrafiya blankı bu şəkildə dərc olunacaq in şəə Allah).

27.02.2015
Bacının ağır yüklər qaldırması səbəbilə həyatına və əmək fəaliyyətinə maneə törədən problemi həll etmək üçün ginekoloji bir əməliyyata zərrurət yarandı və “Ayda bir manat aksiyasından” 1000 azn ayrıldı.

15.03.2015
Son əməliyyatdan sonra bacı qabırğa altı nayihədə kəskin ağrılar hiss edib. Pul sırf ginekoloji əməliyyata yönəldiyi üçün bacı geniş və ümumi müayinələr aparmayıb. Ağrılardan sonra öd kisəsində polip və daşlar olduğu müəyyənləşib və təcili əməliyyat təyin olunub. “Ayda bir manat aksiyasından” 1500 azn bacının öd kisəsi əməliyyatına ayrılıb. Bu qədər əməliyyatlardan sonra uzun müddət bərpa olunmalıdır. Elan bağlansa da, bacıya davamlı dəstək lazımdır, müvəqqəti olaraq iş qabiliyyətini itirib. Ailəyə zəkat düşür. Allah malınıza bərəkət versin.

08.06.2015
Bu dəfə müayinədə bəlli oldu ki, qulaq yenə irinləyir.Qulaq tam qurumasa plastik əməliyyatı etmək olmaz.Bu səbəbdən bacıya müalicə yazıldı, dərmanlar alındı (400$ card transfer xidmətindən yönləndirildi). Plastik əməliyyatın vəsaiti xəstəxanaya tam ödənilib (qəbzlər var) lakin əlavə müayinə və müalicə üçün vəsaitə ehtiyac var.Belə ki, iyulun sonunadek bir neçə dəfə müayinəyə getməlidir və qulaq quruyanadək müalicə olmalıdır. Həmçinin bacı səhhətinə görə hələdə işləyə bilmir, kirayə haqqını ödəməyədə yardım lazımdır.

AzeriUmma

“Azeriumma” - ehtiyaclı müsəlman ailələrin əməliyyat, müalicə, paltar, yemək və digər gündəlik tələbatını ödəyə bilməyənlərə lazımı vəsaitlərin çatdırılmasını effektiv və qısamüddətli etmək üçün təşkil olunmuşdur.

Telegram