AzeriUmma
Fil azarı və ya limfedemanın müalicəsi

Fil azarı və ya limfedemanın müalicəsi

1976 təvəllüdlü Vəli Əzizov qardaşımız, “Limfedema” xəstəliyindən əziyyət çəkir.

01.01.1976 təvəllüdlü Vəli Əzizov qardaşımız, “Limfedema” xəstəliyindən əziyyət çəkir.

Rusiyanın “Инновационный сосудистый центр” -ın həkimi Struqaylo Yevgeniy 3 kursa bu xəstəliyin sağalma ehtimalının 90% olduğunu bildirir, əlbətdə ki, Allahın izni ilə.

Bir kurs 15-20 gündən ibarətdir. Günü 6000 rubl (155 Azn). 20 günlük müalicə 3100 Azn təşkil edir.

Allaha həmd olsun, bir kursun müalicə pulu yığılıbdır.

Mərkəzin rəsmi saytı: http://lymphedema.ru

Vəli qardaşın əlaqə nömrəsi: 070 431 31 65
Yardım etmək istəyənlər bizim vasitəmizlə də çatdıra bilərlər, inşəAllah.

İkinci kurs müalicə üçün 3100 Azn gərəkir.
07.08.14 tarixinə 1300 Azn toplanmışdır, 1800 Azn çatmır. Allah yardım edənlərin malını bərəkətləndirsin. Təcili müalicəyə getməlidir ki, ötən müalicənin də effektliyi itməsin. Artıq 2-3 ay gecikir.
500 Azn “Ayda bir manat” aksiyasından yönəldi. 1300 Azn çatmır.
19.10.14 tarixinə 1000 Azn çatmır ki, müalicəsi yarımçı qalmasın.
Epikriz və qəbz
31. 07. 2015
Vəli qardaş üçün toplanan 2944 manat vəsaitlə iyun ayının 17-dən 27-nə qədər “Luçşaya zabota” pansionatında müalicə prosedurları keçmişdir. Xəstənin bir neçə aydan sonra təkrar müalicəyə ehtiyacı var. Allah malınıza bərəkət versin. Epikriz və çeklər aşağıda.

AzeriUmma

“Azeriumma” - ehtiyaclı müsəlman ailələrin əməliyyat, müalicə, paltar, yemək və digər gündəlik tələbatını ödəyə bilməyənlərə lazımı vəsaitlərin çatdırılmasını effektiv və qısamüddətli etmək üçün təşkil olunmuşdur.

Telegram