AzeriUmma
Gecədən səhərə qədər qaşınır - Qaraciyər serrozuna keçə bilər

Gecədən səhərə qədər qaşınır – Qaraciyər serrozuna keçə bilər

8 yaşlı ​​Babayev Əkbər, ağır dərəcəli qaraciyər çatışmazlığından əziyyət çəkir.

8 yaşlı ​​Babayev Əkbər, ağır dərəcəli qaraciyər çatışmazlığından əziyyət çəkir.

Axirət yaxınlaşdıqca müsəlmanların sınaqları da artır. Allah bu sınaqdan Onun qatında dərəcələrlə yüksələrək çıxmağı nəsib etsin. Müsəlman bacılarımızdan biri hal-hazırda çətin sınaqdadır. Belə ki, onun az yaşlı oğlu ​​Babayev Əkbər, ağır dərəcəli qaraciyər çatışmazlığından əziyyət çəkir.

Bundan əlavə, xəstəlik, sarılıq və xolestatik sindromla (qanda öd turşuları və bilirubin artması nəticəsində yaranan və heç bir tibbi üsulla keçməyən üzücü qaşınma) müşayiət olunur. Bu xəstəlik balamızı ölümə aparır, Allah qorusun.

Həkimlər xəstəliyin yaranma səbəbini qaraciyərin genetik fermentativ çatışmazlığı ilə əlaqələndirirlər. Lakin ağrılar içində çabalayan uşağın artıq qaraciyər transplantasiyasına ehtiyacı var.

Həmçinin uşaqda ürək qüsuru olduğundan, ona əlavə əməliyyat da lazım ola bilər.

İlk öncə Türkiyədə müayinəyə göndərib bir çıxış yolu tapmağa çalışmalıyıq. Bunun üçün bizə yol pulu ilə barabər 1500 azn lazımdır. Allah asanlaşdırsın! Amin! ​

Sənədlər
08.12.2014
16.11.2014 müayinə üçün Türkiyənin Bursa şəhərinə getdilər, 01.12.2014 geri döndülər. Əkbərin xəstəliyinin ağırlığına görə bir neçə xəstəxana onları qəbul etməkdən imtina etdi. “Uludağ” universitetinə göndərildi. Analizlər götürüldü, biopsiya olundu. Qaşınmasının azalması üçün müvəqqəti müalicə yazdılar. Biopsiya cavabları çıxdıqdan sonra tam diaqnoz veriləcək. Narkoz almış ikən uşağı sünnətdə etdilər, o da əziyyət verirdi. Ürəyi də yoxlanıldı, əməliyyata ehtiyac olunduğu söylənildi.

Toplanan məbləğdən 840 Azn biletə, 1000 Azn müayinə və dərmanlara xərcləndi. Allah yardım edən hər kəsə yardımçı olsun.

Yığımlar davam edir.

27.07.2015
225 azn Əkbərin təkrar analizlərinə yönəldi
08.08.2015
19.04.2017
Qaraciyər serrozundan əziyyət çəkən Əkbər balanın adına toplanmış 1360 azn ünvanlı sədəqə ailəyə çatdırıldı. Allah şəfa versin.
Əlavə yardım etmək istəyən olarsa anası 077 7325217
Allah xeyirlə mükafatlandırsın. Amin!
23.04.2017
Qaraciyər serrozundan əziyyət çəkən Əkbər balanın yeni analizləri. Allah şəfa versin.

AzeriUmma

“Azeriumma” - ehtiyaclı müsəlman ailələrin əməliyyat, müalicə, paltar, yemək və digər gündəlik tələbatını ödəyə bilməyənlərə lazımı vəsaitlərin çatdırılmasını effektiv və qısamüddətli etmək üçün təşkil olunmuşdur.

Telegram