• YENİ ELANLAR
FƏALİYYƏTİMİZ - Təcili yardımlar: Gecədən səhərə qədər qaşınır.. Qara ciyər serrozuna keçə bilər.. - 23.10.14 19:49
FƏALİYYƏTİMİZ - Təcili yardımlar: Hepatitdən müalicə - 17.10.14 18:11
FƏALİYYƏTİMİZ - Təcili yardımlar: 3 günlük uşaqlarının həyatı təhlükədədir - 15.10.14 06:32
LAHİYƏLƏRİMİZ - Hesabatlar: İyun-Sentyabr 2014 hesabatı - 29.09.14 19:12
FƏALİYYƏTİMİZ - Təcili yardımlar: Əlləri ve ayaqlari əyilir, boy inkişafdan qalıb - 28.09.14 14:33
FƏALİYYƏTİMİZ - Təcili yardımlar: Ömərin autizmdən müalicəsi - 24.09.14 10:48
FƏALİYYƏTİMİZ - Təcili yardımlar: 1 YAŞLI UŞAĞIN İFLİCDƏN MÜALİCƏSİ - 23.09.14 09:42
FƏALİYYƏTİMİZ - Təcili yardımlar: İnsultdan müalicə - 21.09.14 15:37
FƏALİYYƏTİMİZ - Müraciətlər: Müraciətlər Sentyabr- Dekabr 2014 - 17.09.14 09:36
LAHİYƏLƏRİMİZ - Hesabatlar: Aprel-May 2014 hesabatı - 25.07.14 16:50

QARA ZİRƏ (Çörək otu)

PDFÇap etE-poçta göndər

şəfa tapmaq üçün səbəblərdən

black_seed_oil__nigella_sativa_.jpg

Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) belə buyurmuşdur:
“Qara zirəni daima qəbul edin, çünki onda, ölümdən başqa, bütün xəstəliklərin müalicəsi vardır”
(Bu hədisi öz kitablarında eyni zamanda Tirmizi, Əhməd və İbn Hibban da vermişdir. əl-Buxari və İbn Macə bu hədisi Aişədən (A.o.r.) edilən rəvayətdən götürmüşlər.)
Qara zirənin faydalı cəhətləri doğrudan da çoxdur.
Peyğəmbərimizin (səllaLLahu aleyhi və səlləm): “Qara zirədə hər dərdə çarə vardır” sözü, eynilə Uca Allahın: “O öz Rəbbinin əmri ilə hər şeyi məhv edər! (Əhqaf, 46/25.) kəlamına bənzəyir. Yəni, hansı şey ki, məhv olmağa layiqdir, onları məhv edər. Bədəndəki kiçik şişləri, şişkinlikləri aparır, dazlaşmış yerə əkilən tük kökünü inkişaf etdirir, ala-bula xəstəliyini və dörd gündən bir gələn qızdırmanı sağaldır, damarlardakı trombları açır, mədə qazlarını qovur, mədənin digər qalıqlarını qurudub xaric edir.
Qara zirə döyülüb toz halına gətirildikdən sonra isti su ilə içilərsə, böyrəklərdə və sidik kisəsində olan daşları əridir. Uzun müddət içildiyi təqdirdə, sidiyi, aybaşı qanını və südü artırır. Sirkə ilə bir yerdə qızdırılıb qarnın üstünə sürtüldükdə tüklərin kökünü məhv edir. Qara zirə döyülüb bir müddət buruna çəkildikdə zökəmi sağaldır
(İbn Keyyim el-Cevziyye, Tibbi Nebevi (türk dilində), Hikmet neşriyyatı, İstanbul, səh. 374-375. )
Qara zirə yağı saçqıran xəstəliyə və ziyillərə qarşı müalicə vasitəsi kimi faydalıdır. Su ilə bərabər bir misqal içilərsə, astma və digər nəfəs yolu xəstəliklərə müsbət təsir göstərər. Soyuq baş ağrısı zamanı qara zirə yağından sarğı hazırlayıb başın ağrıyan hissəsinə qoymaq lazımdır.
Qara zirə sirkədə qaynadılaraq qarqara edilərsə, soyuqdan ağrıyan dişlərin ağrısının kəsməsinə səbəb olar. üyüdülüb toz halında buruna çəkilərsə, gözün sulanmasının qarşısını alır. Sızanaq və dərisi çatlamış qaşınmalara qarşı təsirli vasitədir. Qara zirə yağı buruna çəkildikdə üz iflicini, yarım misqaldan bir misqala qədər içildikdə isə zəhərli hörümçək dişləməsini sağaldır.
Bunlardan başqa, məhz qara zirə insanın immun sistemini möhkəmləndirib, ona enerji və güc verərək, sağlamlığın əvəzolunmaz bərpaçısına çevrilir. Həmçinin qara zirədən əsəb sisteminin xəstəliklərində, mədə xoralarında, mədə-bağırsaq qurdlarında, nizamsız aybaşılarda və hətta xərçəng xəstəliklərində də istifadə edilir.
Orqanizmin ümumi möhkəmliyini təmin etmək üçün yeməkdən sonra 1 çay qaşığı qara zirə qəbul etmək məsləhət görülür ki, bu bir günlük norma hesab olunur. Bu norma artırılmamalıdır.
Qara zirənin istifadəsi zamanı əks-təsir halı hamiləlikdir.
Qara zirə dünya xalqları arasında qədimdən geniş yayıldığına görə müxtəlif adlar daşıyır
Almaniyada - Schwarzkümmel, Norveçdə - swartkarve, İsveçdə - svartkummin, Latviyada – melnsÄ“klÄ«te, Liyvada – juodgrÅ«dÄ—, Estoniyada – mustköömen, Finlandiyada – mustakumina, Macarıstanda – feketekömeni, Latınca – Nigella, İtalyada – qrano nero, İspaniyada – niquilla, Portuqaliyada – kominhu-pretu, Rumıniyada – neqrilike, Polşada – czarnuszka, Ukrainada – çornuşka, Rusiyada – çernuşka, çexiyada – çerni kmin, Slovakiyada – çernuşka, Sloveniyada – vzhodna çrnika, Serbiyada – çrno seme, Yunanıstanda - melanthion [μελάνθιον], Ərəbistanda – kamun asvad, Türkiyədə - qara çörəkotu, siyah kimyon, İranda – siah daneh [سیاه دانه], Sanskritcə - krishna [कृष्ण], Hindcə - kala [काला], Pakistanda - kala [ਕਾਲਾ], Sinqhlərin dilində - kalu, Malayalamca - kari [à´•à´°à´¿], çində - hei, İndoneziyada - hitam adlandırılır və bundan başqa həmin bitki (ölkələrin ərazi və bölgələrindən asılı olaraq) belə də adlandırılır: ingilis dilində “blek sid”, “blek kümin”; fransız və alman dillərində “nielle”; yunan dilində “melansion”; türk dilində “çörəkotu”, “kimyon”; fars dilində “şoniz”, “siyah dane”; sanskrit dilində “krişn cirak”; benqal dilində “kalicra”; qucarati dilində “kalaonci ciram”; hind və urdu dillərində “kalaunci”; ərəb dilində “həbbətul-bərakə” (bərəkətli toxum); botaniki adı isə “niqella sativa”-dır. Bu müxtəlif adlarla qara zirə, demək olar ki, dünyanın bütün ölkələrində, o cümlədən Səudiyyə Ərəbistanında, Suriyada, Hindistanda, Misirdə, Efiopiyada və s. yerlərdə yetişdirilir.
Araşdırmalarımız, rus, türk, ingilis və başqa dillərdəki müvafiq terminlərin müqayisəli öyrənilməsi göstərir ki, ölkəmizdə, yuxarıda adları çəkilən bu bitkinin bütün keyfiyyətlərini özündə cəm edən müalicə vasitəsi və kulinariyada (aşbazlıqda) işlədilən ədviyyat növünün Azərbaycan dilindəki adı qara zirədir.
2005-ci ildə ilk dəfə tərcümə etdiyim kitabçada 1959-cu ildən başlayaraq qara zirəyə dair aparılan çoxsaylı tədqiqatlar haqqında məlumat verilmişdir. Son dövrlərdə dünya xalqları arasında yenidən məşhurlaşmış qara zirə haqqında alim və tədqiqatçılar yeni-yeni tədqiqatlar aparmış və bu bitkinin daha faydalı xassə və keyfiyyətlərini yenidən aşkar etmişlər. Mən burada yenidən sözünü kursivlə yazmağa məcbur oldum. Bunun səbəbi isə, bu gün alim və mütəxəssislərin “kəşf” etdikləri qara zirənin bu yenilikləri haqqında hələ 1400 il bundan əvvəl Allahın Elçisi Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) tərəfindən insanın sağlamlığı, onun müalicəsi üçün zəruri olan bütün xassələri haqqında kifayət qədər məlumatlar vermişdir. Onun hədislərində öz əksini tapmış bu məlumatlar Uca Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun!) nazil etdiyi hikmətlərdəndir və bunlar (qara zirə və ona bənzər saysız-hesabsız bitkilərin, tərəvəzin, bostan bitkilərinin, meyvələrin və sairə yabanı ağacların müalicə üçün yararlı olması) haqqında bəşəriyyətin əldə etdiyi biliklər ancaq Allah dərgahından vəhy edilə bilərdi.
Bu yazdıqlarımızın təsdiqi kimi, Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) bir sıra hədislərinə nəzər salaq:
“Qara zirədə ölümdən başqa bütün xəstəliklərin dərmanı vardır”. Bu hədis Burdadan rəvayət edilərək Əhmədin Müsnədində verilmişdir.
Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!): “Qara zirə bütün xəstəliklərin çarəsidir, saamdan başqa” (“saam” ölümdür) – deyə buyurmuşdur. Hədis Buxaridə, Muslimdə, İbn Macədə və Əhmədin Müsnədində Əbu Hureyrədən (A.o.r.) rəvayət edilmişdir.
Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) həmin hədisinin digər bir variantı Buxarinin və İbn Macənin Səhih adlı toplularında Xalid bin əl-Səəddən rəvayət edilmişdir: “Mən Qalib bin əl-Cəbrlə Mədinəyə gəldim. Qalib yolda xəstələnmişdi. İbn Atiyə ona baş çəkməyə gəldi və dedi ki, Aişənin (A.o.r.) dediyinə görə, Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) buyurmuşdur: “Qara zirədə bütün xəstəliklərin müalicəsi var”. Biz qara zirəni toz halına düşənə kimi döyüb zeytun yağı ilə qarışdırdıq və alınmış məhlulu Qalibin burnunun iki pərəsinə də damızdırdıq. O, sağaldı”.
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) yenə buyurmuşdur:
“Qara zirəni özünüzdən əskik etməyin (yəni, sağlamlıq məqsədilə istifadə etməkdən ötrü), çünki onda, saamdan başqa, bütün xəstəliklərin müalicəsi vardır”. Belə olduqda, kimsə soruşur ki: “Bəs saam nədir?” Buna Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) belə cavab verir: “ölümdür!” (Bu hədisi Aişədən (A.o.r) Əhmədin hədislər toplusunda; Abdullah ibn ömər Əbu Hureyrədən (Allah hər ikisindən razı olsun) İbn Macənin hədis toplusunda; həmçinin Tirmizinin toplusunda Əbu Hureyrədən rəvayət etmişlər.
Yazmaq və oxumaq bilməyən Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) bu həkimanə biliklərə sahib olması ancaq Uca və Müdrik Allahın dərgahından ola bilərdi ki, bu həqiqətdə də bir gerçəklikdir. çünki bu misilsiz hikmətləri bilmək adi bir insanın və ya o dövrün təbibinin imkanlarına sığan bir iş deyildi. Təkcə buradakı ancaq birinci hədisi deməyə cəsarət etmək üçün onun müəllifi ən azı nəhəng bir elmi-tədqiqat mərkəzinə və çoxminli tədqiqatçılar kollektivinə malik olmalı idi ki, uzun illər aparılmalı olan saysız-hesabsız tədqiqatlar nəticəsində qara zirənin bütün xəstəliklərin dərmanı olmasını kəşf edə biləydilər. Adicə bir xəstəliyin əlacını tədqiqat yolu ilə aşkar etmək uzunmüddətli və çoxillik zəhmət tələb edir. Halbuki, Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) təbabət üzrə məsləhətlərini verərkən heç bir maddi mənbəyə istinad etmirdi. Əlbəttə ki, Allahın son Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) belə xəbərləri özündən və ya havadan da deyə bilməzdi.
Gördüyümüz kimi, qara zirənin son dərəcə geniş müalicəvi spektrə malik olması haqqında məlumatların məxəzi, mənbəyi tamamilə aydın və mübahisəsizdir. Bu misilsiz müalicə vasitəsinə, onun verə biləcəyi nəticələrə şəkk gətirmək və ya şübhə ilə yanaşmaq təhlükəli ola bilər. çünki bu şübhə və vəsvəsələr Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) buyurduğuna şəkk gətirməyə bərabərdir, şeytan azdırmaları və müsəlmanlar tərəfindən bəyənilməyən əməldir.
Yuxarıda qeyd etdiyimiz və burada hamısını yad edə bilmədiyimiz bir çox digər hədislər onu göstərir ki, qara zirə Müdrik və Qüdrətli Allahın bəşəriyyətə öz Elçisi (ona Allahın salavatı və salamı olsun!) vasitəsilə bəxş etdiyi nemətlərindən biridir. Qara zirəni lazımınca dəyərləndirib insanlarımızın sağlamlığı üçün istifadə etmək hər bir müsəlmanın, hər bir sağlam düşüncəli insanın borcudur. çünki insan Allahın ona verdiyi əmanəti – öz sağlamlığını qorumağa Allah qarşısında məsuliyyət daşıyır.
Sələflərimiz qara zirəni əsrlər boyu özləri geniş istifadə etmiş və onun tətbiqi barədə tövsiyələr vermişlər. Bu mövzu ilə əlaqədar müxtəlif ölkələrdə yüzlərlə məqalələr dərc edilmiş, soraqçalar, təlimatlar buraxılmışdır.
Qeyd olunduğu kimi, qara zirə özünəməxsus Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) bitkisidir, çünki o, Peyğəmbər Təbabətində(Peyğəmbər təbabəti İslam elmləri sırasında özünəməxsus bir mövqeyə malikdir və bu gün o artıq alternativ və daha effektiv tibb sahəsinə çevrilə bilmək imkanına malikdir. F.S.)
xüsusi nadir bir yer tutur və “bütün xəstəliklərin əlacı” kimi məşhurdur. Xüsusilə qeyd olunmalıdır ki, Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun!) qədər qara zirədən istifadə olunmasına baxmayaraq ona elə də layiqincə əhəmiyyət vermirdilər və məhz Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) o dövrdə İslam aləmində qara zirəni məşhurlaşdırmış və onun barəsində bir çox hədislərində xatırladaraq, qara zirənin müfəssəl reseptlərini və konkret xəstəliklər zamanı tətbiqi üsullarını təsvir etmişdir.
(Burada, yadıma düşmüşkən bir incəliyi qeyd etməliyəm ki, qara zirə bitkisinə dair şəxsən tərcümə etdiyim ilk kiçik həcmli kitabçada mən onu, əsasən, qara zirə adlandırıram. Elə əslində də, həm Rusiya və həm də Türkiyə mətbuatında bu bitki haqqında məlumatlarda onu (Rusiyada) – тмин (черный тмин) və (Türkiyədə) – kara çörekotu adlandırırlar ki, bunların hər ikisi Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) nəzərdə tutduğu qara zirədir. çünki həm Buxari Səhihində, həm İbn Qeyyimin “Peyğəmbər Təbabətində” və çağdaş Türkiyə mətbuatında qara zirəyə qara çörəkotu deyilir. Hazırda piştaxtalarda satışa çıxarılmış qara zirə və onun yağıdır).
şəfalı dərmanla bağlı reseptlərə buradan baxa bilərsiniz.
TƏRTİBATçI: FƏRAHİM S.
www.islamevi.az
Paylaş

Maddi dəstək!

Azeriumma layihəsinin inkişafı üçün maddi dəstək!

AZERİUMMA İNSTAGRAMDA

AZERİUMMA TWITTERDA