AzeriUmma
Qara və ağ ciyərində xərçəng

Qara və ağ ciyərində xərçəng

Allahın qədəri ilə qardaşımız Sayətdin (1961-ci il təvəllüdlü) xərçəng xəstəliyinə mübtəla olub. Bu xəstəlik onun qara və ağ ciyərlərində aşkarlanıb.

Həkimlər xərçəngə qarşı tədaviyə başlamazdan əvvəl onun bədənin gücləndirilməsi üçün 5-6 gün xəstəxanada yatmağının zəruri olduğunu bildiriblər. Lakin maddi imkansızlıq buna yol vermədiyindən qardaşımız xəstəxanadan cıxıb.

İlk əvvəl bütün müsəlman qardaş və bacılarımızdan bütün xəstə qardaş və bacılarımız üçün Allahdan şəfa və bağışlanma diləmələrini istərdim.

Allahın qədəri ilə qardaşımız Sayətdin (1961-ci il təvəllüdlü) xərçəng xəstəliyinə mübtəla olub. Bu xəstəlik onun qara və ağ ciyərlərində aşkarlanıb. 4 gün bundan qabaq həkimlərin məsləhəti ilə müayinə olunmaq üçün qardaşımızı Türkiyəyə təcili olaraq aparıblar.

Artıq Azərbaycanda həkimlər ona xərcəng xəstəliyinin olduğunu müayinə olunduqdan sonra bildiriblər. Və bu xəstəliyin aradan qaldırılması üçün mütləq Türkiyəyə getməsini məsləhət görüblər. Qardaşımıza ilkin maddi yardım olunduqdan sonra o Türkiyəyə gedib. Orada yenidən müayinə olunduqdan sonra onun başqa daha bir xəstəliyi aşkarlanıb. Məlum olub ki, onun qanında şəkərdə varmış.

Hal hazırda qardaşımız Turkiyədədir və 2 gün öncə onun halı kəskinləşib və təcili surətdə onu xəstəxanaya yerləşdiriblər. Həkimlər xərçəngə qarşı tədaviyə başlamazdan əvvəl onun bədənin gücləndirilməsi üçün 5-6 gün xəstəxanada yatmağının zəruri olduğunu bildiriblər. Lakin maddi imkansızlıq buna yol vermədiyindən qardaşımız xəstəxanadan cıxıb və hələki bir bacımızın evində məskunlaşıb. Və bundan sonra ona kimyəvi üsulla tədavi olunması üçün də yardıma ehtiyac vardır.

Qardaşımıza yardım etmək istəyən kəs bu telefon nömrəsi ilə elaqə qura bilər – 0703170101 Aqil.

Aylıq tələb olunan xərc: kimiyaterapiya 170 tl, k.t. dərman 1000tl, kirayə təxmini 600 tl, yəni hardasa 1500$ radioşüalanmanın qiyməti hələ məlum deyil.

13.01.2014
13.01.2014 tarixinə 1508 Azn toplanıb. Yanvar ayında bu məbləğdən 1500$ (+12$ komissiya) pul göndərildi.

14.03.2014
14.03.2014 tarixində 1176 manat (unvanlı), yəni (1500$+komissiya) göndərildi.
Yenidən müayinə olundu. baş həkim dedi hələ 2 kimya vurmalıyıq. 1nı martin 20 etdilər.1 də aprelin 10 u olaxaq in şə Allah. 1 kimyaya 1050ytl turk pulu verildi. İrəliləyiş var əlhəmdüliLlah. Kimyalardan sonra sümüklərə ola bilsin ki şua etdilər. Qaşinmasına gorə də mualicə edilir.
Sənədlər
11.12.2014
Sahətdin qardaşın bədəninin bir çox yerine metostaz yayılıb. Müalicəni davam etməkdən imtina edir. Allah köməyi olsun.

AzeriUmma

“Azeriumma” - ehtiyaclı müsəlman ailələrin əməliyyat, müalicə, paltar, yemək və digər gündəlik tələbatını ödəyə bilməyənlərə lazımı vəsaitlərin çatdırılmasını effektiv və qısamüddətli etmək üçün təşkil olunmuşdur.

Telegram