AzeriUmma
Təcili ağciyər xərçəngi

Təcili ağciyər xərçəngi

Yevlax şəhər sakini Vüqar qardaşımızın ciyərində xərçəng aşkar olunub. Ailəlidir. 3 övladı var. Maddi vəziyyətləri çox aşağıdır.

Yevlax şəhər sakini Vüqar qardaşımızın ciyərində xərçəng aşkar olunub. Ailəlidir. 3 övladı var.
Maddi vəziyyətləri çox aşağıdır. Əməliyyat olunmasa ölmə ehtimalı böyükdür. Allahdan ümid kəsilməz.

Müsəlman müsəlmanın qardaşıdır. Qardaşımızın Allahdan sonra bizdən başqa kimsəsi yoxdur. Müsəlman bacı-qardaşlar, bir-birimizə dəstək olaq, kömək edək. Allah verdiyiniz sədəqələrin əvəzini daha yüksək şəkildə qaytaracaq inşa Allah.

Qardaş hal-hazırda Moskvanın “Sokolnik 1” xəstəxanasındadır. Əməliyyata hazırlıq gedir. Qardaşın özü ilə Əlaqə saxlamaq üçün nömrəsini göndərə bilərik.

Yardım üçün bizim nümayəndələrə müraciət edə bilərsiz inşaAllah.

Əməliyyat üçün 2500$, əlavə xərclərə təxmini 500$-a ehtiyac var.
800$ analizlərə xərcləndi.
20.08.12 tarixine məbləğ 2828$ təşkil edir.

Epikriz


Məlumat

16.08.2012

Çıxarış vərəqəsi

Avqust ayının 16-da əməliyyat olundu, Allaha həmd olsun. Lakin vəziyyəti ağırlaşdığından təcili müayinəyə getməlidir.

05.12.2012
Qardaş təcili müayinəyə Rusiyaya getməlidir, inşəAllah. Vəziyyəti ağırlaşıb. Bunun üçün 1500 Azn pula ehtiyac var. Allah kömək olsun. Amin.
Yardım etmək istəyənlər bizim nümayəndələrə müraciət edə bilər, inşəAllah.
4 fevral qardaş yola düşdü və sağ salamat geri döndü, Allaha həmd olsun. Həkimlər şişin yenidən törənmədiyini dedilər.
04.08.2013
Qardaşda soyuqdəymə uzun müddət çəkdiyindən, ağrıları artıb. Həkimlər təcili müayinə gəlməsini söyləyiblər. 1000-1500 azn pul lazımdır təcili. Zəkat çatdırıldı və qardaş yola düşdü.
27.01.2014
2014 ilin yanvar ayının 27si qardaş yenidən Rusiyaya getməlidir. Bunun üçün 2000 Azn pula ehtiyac var.
“Ayda bir manat” aksiyasından 1000 Azn, bizə ünvanlı çatdırılan 100 Azn, həmçinin 500 Azn zəkat Vüqar qardaşın müalicəsi üçün təhvil verildi.
27.08.2014
Vuqar qardaş Bakıda təcili yardımla Milli Kliniki Mərkəzə götürüldü! Yüksək təharət və bağırsaq pozulması var! Ciblərində isə pul yoxdur! 200-300 manat lazımdır hələlik. Yardım etmək istəyənlər 0552882768 zövcəsinin nömrəsidir. Allah malınıza mülkünüzə o qədər bərəkət versin ki, heç vaxt heç kəsə möhtac olmayasız və sıxıntıdan Allah qorusun sizləri!! 626 azn toplanmışdı.
31.08.2014
Vüqar qardaş xəstaxanadan çıxdı, lakin qızdırma yenə qalxıb. Təcili Rusiyaya aparılmalıdır. 1500 azn yol pulu ilə bərabər gərəkir. 3 uşaq atasıdır.. Allah şəfa versin.
17.09.2014
Məbləğ toplandı!
26.05.2015
Qardaş yenidən müayinə və müalicə üçün Rusiyaya getməlidir. Bunun üçün 2000 Azn pula ehtiyac var.
Vüqar +994 707443181

AzeriUmma

“Azeriumma” - ehtiyaclı müsəlman ailələrin əməliyyat, müalicə, paltar, yemək və digər gündəlik tələbatını ödəyə bilməyənlərə lazımı vəsaitlərin çatdırılmasını effektiv və qısamüddətli etmək üçün təşkil olunmuşdur.

Telegram