AzeriUmma
Terner sindromu - 11 yaşlı qız əlil qala bilər

Terner sindromu – 11 yaşlı qız əlil qala bilər

Mənim qızımın endokronoloji problemi var, boyu artmır, həkimlərin dediyinə görə boyun artması üçün hormon vurulmalıdı.

Mən Sumqayıt ş. sakini Mehrabov Elbrus qızım Mehrabova Aydanın xəstəliyi ilə bağlı müraciət edirəm. Mənim qızımın endokronoloji problemi var, boyu artmır.

Həkimlərin dediyinə görə boyun artması üçün hormon vurulmalıdı. Həmin hormon xaricdə istehsal olunduğundan, çox bahadır və o dərmanı almağa gücüm çatmağına görə 2 ildir ki, bir çox vitaminlər vurduq faydası olmadı. Hal-hazırda qızımın 11 yaşı var, vaxtımız azdır, həddi buluğa çatana qədər müalicə edə bilərik, yoxsa boyu balaca qalacaq.

Normal boyu almaq üçün “Norditropin” inyeksiyası mütəmadi olaraq təxminən 3 il vurulmalıdır. 3 aydır ki müalicəyə başlayıblar. İrandan bir ədəti 30 Azn başa gəlir, aya çəkisindən asılı olaraq 8-9 gərəkir. Bu isə 250 Azn təşkil edir.

Qeyd – 2014 yanvar ayı üçün olan məlumata əsasən ampulalar bahalaşıb 60 manatdır və aylıq xərc 500 azn təşkil edir.

Mən sizdən xahiş edirəm mənə kömək edəsiniz ki, qızım əlil qalmasın.

Əlaqə nömrəsi: 050 328 45 64 Elbrus (Sumqayıt)

Bizim vasitəmizlə də mümkündür, inşəAllah. (info@azeriumma.com)

Məlumat
300 azn özünə çatdırılan + bizdə toplanan 415 azn bir azda üstünü özü düzəldib 37 ampula alınıb. İnşəAllah təxmini aprel ayına qədər kifayət edər. Allah malınıza bərəkət versin. Yığımlar davam edir.

30.03.2014
1110 Azn atasında + 330 Azn isə bizdə toplanan məbləğə 27 ampula (3 aylıq dərman) sifariş edildi. Aydanın boyu hal-hazırda 131 sm. Her ay 1 sm artır boyu ma shaa Allah, iynələr səbəbdir. Valideynləri ən azı 150 sm olmağını istəyərdilər. Həddi buluğa hər an çata bilər deyə müalicəni heç dayandırmaq olmaz. Yığımlar davam edir.
30.06.2014
20 iyun atasında toplanan 2100$ 30 qutu (yəni 3 aylıq dərman) sifariş olundu. Təxmini oktyabr ayına tükənəcək.
25.10.2014
15 oktyabra 33 qutu sifariş olundu və çatdırıldı. 2050$ atası, 262$ bizdə toplanan sədəqələrdən ödəndi.
18.02.2015
Bizdə toplanan 660 manat ailəyə çatdırıldı.
09.11.2015
150 azn ünvanlı sədəqə ailəyə çatdırıldı, Aydanın növbəti kurs dərmanlarının bir hissəsi ailəsi tərəfindən alındı.
Ödənis qəbzləri

AzeriUmma

“Azeriumma” - ehtiyaclı müsəlman ailələrin əməliyyat, müalicə, paltar, yemək və digər gündəlik tələbatını ödəyə bilməyənlərə lazımı vəsaitlərin çatdırılmasını effektiv və qısamüddətli etmək üçün təşkil olunmuşdur.

Telegram