AzeriUmma

“Uretra darlığı” – təcili əməliyyat!

Sabunçu qəsəbəsində yaşayan Aqabalayev Abdulşahid qardaşımıza təcili əməliyyat keçirilməlidir.

Sizi daha bir xeyirxah əmələ çağırırıq!

Hörmətli müsəlmanlar. Qardaş və bacılar. Sabunçu qəsəbəsində yaşayan Aqabalayev Abdulşahid qardaşımıza təcili əməliyyat keçirilməlidir.

Respublika Diaqnostika Mərkəzində doktor Araz Hüseynov tərəfindən “Uretra darlığı” xəstəliyi təyin edilib və təcili əməliyyat məsləhət görülüb.

Əməliyyatın qiyməti təxminən 1200 manatdır.

Xəstəliklə əlaqədar qardaşımız heç bir işə gedə bilmir hətta ibadətinə belə çətinlik yaradır, özüdə ailəlidir bir uşağı var.

Əlaqə üçün nömrəsi: 051 527 03 13; 012 450 21 85

Sənədlər
21.04.2015
Əlavə analizlərdən sonra, yeni bir problem əşkar olunub (Hopispadiya). Bu problem əlavə əməliyyat tələb edir, ancaq həmin əməliyyat bir dəfəlik yuxarıda göstərilən əməliyyatla birlikdə keçirilir. Bu əməliyyatın qiyməti 800 AZN-dır. Əməliyyat şənbə gününə (25.04.2015) təyin olundu.

27.04.2015
Aişə üçün toplanan məbləğdən artıq qalan 372 azn Abdulşahid qardaşın əməliyyatına yönəldi.
Epikriz və çeklər

AzeriUmma

“Azeriumma” - ehtiyaclı müsəlman ailələrin əməliyyat, müalicə, paltar, yemək və digər gündəlik tələbatını ödəyə bilməyənlərə lazımı vəsaitlərin çatdırılmasını effektiv və qısamüddətli etmək üçün təşkil olunmuşdur.

Telegram