AzeriUmma

Zeyd bala: qan xərçəngi və talassemiya

18.05.2019
Bütün həmd Allahadır, Zeyd balanın 5-ci müalicə kursu üçün lazım olan məbləğ toplandı və hal-hazırda müalicə gedir. Həkimlər dedilər ki, bundan sonra Zeyd 1 il ərzində evdə müəyyən dərmanlar qəbul etməklə müalicə keçməlidir. Hələlik elan bağlanır.
02.05.2019
Zeydin 5-ci müalicə kursu üçün $9200 yığılıb. Ailəsinin borcundan isə $8000 hələ qalıb.
14.04.2019
Zeyd balanın 4-cü müalicə kursu bitdi. Amma ailəsi bu 4-cü kursa görə $14500 borc götürdülər. Növbəti 5-ci müalicə kursu üçün $14500 lazımdır. Ondan sonra Zeyd Azərbaycana qayıdıb 6 ay ərzində dərman qəbul etməlidir, bu dərmanlara $2000 lazımdır.
23.02.2019
Zeyd balanın 3cü müalicə kursu üçün lazım olan məbləğ yığıldı. 4cü müalicə kursu üçün $16000 məbləğə ehtiyacları var.
21.01.2019
Zeyd balamız 1ci müalicə kursunu bitirdi. İndi 2ci müalicə kursu davam edir. 3cü və 4cü müalicə kursları üçün $33000 məbləğə ehtiyacları var.
Müalicə İstanbulun “Medistate” xəstəxanasında edilir.
11.01.2019
Hal-hazırda Zeyd Türkiyədə müalicə alır.

Şərif qardaşın 2 yaşlı oğlu Zeyd qan xərçəngi və talassemiya diaqnozu ilə hal-hazırda Baku Medical xəstəxanasının reanimasiya şöbəsindədir. 1-ci kimyaterapiyadan sonra uşağın bədəninin sol tərəfi iflic olub.

Hər gün təxminən 600-700azn xəstəxana xərcləri olur.

Köməyə ehtiyacları var.

Əlaqə tel.: 0552072082 Ramin


AzeriUmma

“Azeriumma” - ehtiyaclı müsəlman ailələrin əməliyyat, müalicə, paltar, yemək və digər gündəlik tələbatını ödəyə bilməyənlərə lazımı vəsaitlərin çatdırılmasını effektiv və qısamüddətli etmək üçün təşkil olunmuşdur.

Yardım elanları

Rəsmi Telegram kanalı

Telegram

AzeriUmma Facebook`da

Telegram