AzeriUmma

Binəqədidə çox şəraitsiz bir evdə Zəngilan qaçqınları olan kasıb bir ailə yaşayır

Binəqədidə çox şəraitsiz bir evdə Zəngilan qaçqınları olan kasıb bir ailə yaşayır. Evin necə şəraitsiz olduğunu bu elana əlavə edilmiş şəkillərdə görə bilərsiz. Hamam/tualet yoxlarıdır, hamamdan istifadə etmək üçün qonşu həyətə gedirlər. Ailə başçısı Tofiq qardaş, zövcəsi və 3 ushaqları (2 qız, 1 oğlan) artıq 11-ci ildir bu evdə yaşayırlar.

Evi əsaslı təmir edib normal vəziyyətə salmaq üçün ən azından 15000 manat lazımdır.

Əgər kimsə bu ailəyə balaca torpaq sahəsi vermək istəsə, həmin torpaqda eyni məbləğə yeni evin tikilməsi daha asan olar.

Kömək etmək istəyən bizim email-a info@azeriumma.com yaza bilər.



AzeriUmma

“Azeriumma” - ehtiyaclı müsəlman ailələrin əməliyyat, müalicə, paltar, yemək və digər gündəlik tələbatını ödəyə bilməyənlərə lazımı vəsaitlərin çatdırılmasını effektiv və qısamüddətli etmək üçün təşkil olunmuşdur.

Telegram