AzeriUmma

Nübar bacının oğlu xəstəxanadadır

Əlhəmdulilləh, İbrahim sağaldı və artıq evdədir. Elan bağlandı!


13.02.2019
Nübar bacının 8 yaşlı oğlu İbrahim kəskin qızılca diaqnozu ilə hal-hazırda M.A.Qasımov adına Respublika Klinik Xəstəxanasında müalicə keçir.

İbrahimin səhhətində digər problemlər də var.

Ailə kasıbdır, müalicə xərclərini ödəyə bilmirlər.
Köməyə ehtiyacları var.

Əlaqə tel.:
051 511 43 76 Nübar

⚠️ Qeyd: Nübar bacı damar xəstəliklərindən əziyyət çəkir, ancaq uşaqlarını dolandırmaq üçün işsiz qalmır ev işlərinə gedir. Qaldıqları ev çox soyuq və nəmdir. Uşaqları artıq sidik saxlamamaqdan və böyrək xəstəliklərindən əziyyət çəkir. Döşəkləri qurutmağa belə fürsət tapmır. Yoldaşı ağ ciyər xəstəsi olduğu üçün ağır işlərdə işləyə bilmir. Kirayəni çətinliklə ödəyirlər.

 


27.01.2018

Ayağında dözülməz ağrılar olan Nübar bacımızda tromblar 2009- cu ildə hamiləlikdən sonra yaranıb. 2010-cu ildə əməliyyat keçirsə də ayaqları şişməyə başladı.

Bir müddət sonra Qrand hospitalda müalicə olundu, lakin müalicəsi yarımçıq qaldı. 4 azyaşlı uşağını özü alın təri ilə böyüdür. Yoldaşı ağ ciyər xəstəsidir, işləmir. Kirayə və dolanışığı bacı xəstə halıyla evlərə təmizliyə getməklə çıxardır.

Bacının ayaq ağrıları artır. Çox təcili 1400 azn lazımdır.
Əlaqə tel.: 055 270 94 87 Səbuhi

Allah xeyirlə mükafatlandırsın. Amin!

AzeriUmma

“Azeriumma” - ehtiyaclı müsəlman ailələrin əməliyyat, müalicə, paltar, yemək və digər gündəlik tələbatını ödəyə bilməyənlərə lazımı vəsaitlərin çatdırılmasını effektiv və qısamüddətli etmək üçün təşkil olunmuşdur.

Telegram